Azərbaycanda koronavirusla bağlı sevindirici statistika - Ölən olmadı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda koronavirusla bağlı sevindirici statistika - Ölən olmadı

Sağlamlıq

17 İyun 2021 17:15 910


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 48 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, ötən gün ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 335 339 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 191 nəfər müalicə olunaraq sağalıb, 4 959 nəfər vəfat edib. 1 189 nəfər aktiv xəstə sayını təşkil edib. pizza mizza

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 162, bu günə qədər isə ümumilikdə 3 653 074 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!