Azərbaycanda magistratura üçün imtahan keçirildi 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda magistratura üçün imtahan keçirildi 

Sosial

26 May 2019 14:12 1308


Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.

“Yeni Sabah” xəbər verir ki, imtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 27 binada aparılıb.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanıb və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılıb. Pepperoni pizza

Sabahdan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq.

 İmtahan nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Bakalavrlar Apellyasiya Komissiyasına mayın 27-si, 29-u və 30-u saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!