Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarının nəzərinə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarının nəzərinə

Sosial

23 İyul 2020 16:07 858


Gürcüstanın Azərbaycandakı Səfirliyi Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edib.

Yenisabah.az həmin müraciəti təqdim edir: 

“Son günlər Azərbaycan-Gürcüstan dövlət sərhədinin "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsində qeyri-ordinal vəziyyət yaranıb. pizza hut

Xüsusilə, Azərbaycan Respublikasında müvəqqəti qalan Gürcüstan vətəndaşları, mövcud qaydalardan yayınaraq, Gürcüstan səfirliyi ilə koordinasiya yaratmadan, razılaşdırmadan, nizamsız olaraq vətənə qayıtmağa çalışırlar. Qeyd olunan cəhdlər həm logistika, həm də epidemioloji təhlükəsizlik baxımından çətin problemlərə səbəb olub.

Yaranmış çətin vəziyyəti nəzərə alaraq, Azərbaycanda müvəqqəti qalan Gürcüstan vətəndaşlarına bir daha müraciət edərək, Azərbaycanda qüvvədə olan karantin qaydalarına ciddi əməl etməyə və vətənə qayıtmaq üçün əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməyə çağırırıq.

COVİD 19 virusuna qarşı mübarizə prosesində, Azərbaycan və Gürcüstan arasında sərhədin bağlı olduğu şəraitdə, Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarının geri qayıtmaqları mərhələli şəkildə, yalnız əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklə həyata keçiriləcək.

Yuxarıda göstərilənləri nəzərə alaraq, bir daha Azərbaycan ərazisində müvəqqəti qalan Gürcüstan vətəndaşlarına müraciət edərək, onların mütəşəkkil, təhlükəsiz, mərhələli şəkildə geri qayıtmaqları prosesini davam etdirmək üçün, əvvəlcədən Səfirlikdə qeydiyyatdan keçməklərinə çağırırıq.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Yaşar Hüseynov küç. 13/15

Əlaqə telefonları: 050 250-07-10 (Qaynar xətt) 012 497-45-60”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!