Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.
Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun söylədiyinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur. Dominos pizza
Nazir müavini deyib ki, yanvar ayının 18-dən Azərbaycanda vaksinasiya prosesinə start verilib və birinci dozadan 600 min, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.
V.Qasımovun sözlərinə görə, bu prosesdə əsas məqsəd ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir.
Telegram kanalımız