Azərbaycanda necə silah almaq olar? – Hər qiymətə var...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda necə silah almaq olar? – Hər qiymətə var...

İdman

17 Dekabr 2019 10:06 19877


Ov mövsümü davam edir. Bu mövsümdə həvəskarlar ov tüfəngləri maraqlanırlar. Onlar haqlıdır: ova getmək üçün yaxşı ovçuya yaxşı da silah lazımdır. Ov silahlarını əldə etmək üçün isə həm yaxşı pul, həm də qeydiyyat prosedurlardan keçmək lazımdır. 

Maraqlıdır “Ovçu” dükanlarında silahları hansı şərtlərlə satılır? “Yeni Sabah” xəbər verir ki, “Cümhuriyət”in əməkdaşı bir neçə “Ovçu” dükanında olub və həm prosedurlarla, həm də silahların qiyməti ilə maraqlanıb. Öncə “Tir” tüfənglərinin qiyməti ilə maraqlandıq. Silah satıcısının dediyinə görə qiymətlər 330-380 manat arasında dəyişir: 

“Tir”lər atış məsafəsindən asılı olaraq 330-380 manat arasında dəyişir. 330 manata olan olan “Tir” 40-50 metr məsafədəki hədəfi vura bilir. 380 manata olan “Tir” isə 70-80 metr məsafədəki hədəfi vura bilir. Yəni, 380 manata olan “Tir”in “purjun”unu daha uzundur. Bu da hədəfi uzaq məsafədən dəqiq vurmağa kömək edir”. Toyuqlu pizza

Satıcı deyir ki, “Tir” markalı eyni qiymətə həm tüfəng, həm də tapançalar var. Satıcı deyir ki, “Tir” tüfənglər tapançalardan daha məsləhətlidir. “Tir” tapançaların da qiyməti 380 manat olmasına baxmayaraq 15-20 metr məsafədəki hədəfi vura bilir. Əgər siz aldığınız “Tir”in üzərində bir “binokl”un olmasını da istəyirsinizsə, o zaman əlavə 120 manat da ödəməli olacaqsınız.

“Tir”in qırmasının 200 ədədi isə 4 manatdır. Satışda ov üçün istifadə olunan odlu silahlar da var. Satıcının sözlərinə görə onların qiyməti isə 1000 manatla 6000 manat arasında dəyişir: 

“Qoşalülə 1000 manatdır. Silahdan asılı olaraq 1000 manata da var, 3000 və 6000 manata da var. Real alıcı üçün “Tir”lərdə 20-30 manat, odlu silahlarda isə 50-100 manat aralığında endirim edə bilirik. Yəni, endirimlər silahın keyfiyyətindən asılıdır”.

Qoşalülə tüfəngin patronunun biri ədədi isə 60 qəpik, bir paketi isə 15 manatdır. Hər kəsi maraqlandıran əsl məsələ isə silahların qeydiyyatdan keçirilməsidir. Amma buna görə də qəti narahat olmaya dəyməz. Çünki satıcı deyir ki, alınan bütün silahları dükandaca sənədləşdirilir: 

“Sənədləşmə məsələsinə görə narahat olmayın. Qeydiyyat məsələsinin hamısını biz həll edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Hasan
    Salam. Xahis ediram mana yazin ki man neca va hansi ov silahlarini qanuni olaraq alda eda bilaram? Hansi sanad gatirmaliyam va haradan? 2000-2500 manatla man hansi silahi qanuni olaraq ala bilaram. Cox sag olun avvaldan.
    5 years ago