Azərbaycanda nikah və boşanmaların sayı azaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda nikah və boşanmaların sayı azaldı

Sosial

19 Yanvar 2026 14:21 574


Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb. Dördpendirli pizza

2025-ci ilin yanvar-noyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 88135 doğulan körpə qeydə alınmış və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,1-dən 9,4-ə düşüb.

Bildirilib ki, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub. Doğulan körpələrdən 2930-u əkiz, 93-ü isə üçəmdir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!