Müstəqil tədqiqatçılar İnqilab Şahbazov və Zaur Əfəndiyevin müəllifi olduğu ''Azərbaycan əhalisinin odlu silahlara və müvafiq qanunvericiliyə baxışı'' adlı sosial sorğu layihəsi başa çatıb. Sorğunun məqsədləri aşağıdakı kimi olub;
-Azərbaycan əhalisinin odlu silahlara baxışının öyrənilməsi
- Azərbaycan əhalisinin odlu silahların ticarəti və istifadəsinin tənzimlənməsinə dair qanunvericiliyə baxışının öyrənilməsi pizza sifarişi
“Yeni Sabah” sosial sorğunun nəticələrini təqdim edir:
İstər MDB, istərsə də dünya üzrə odlu silahla törədilən cinayətlərin sayının aşağı olduğu ölkələrdən biri olaraq qarşıya çıxan Azərbaycanda rəsmi statistikaya görə, hər 100,000 nəfərə düşən odlu silah sayı 0,40 təşkil edir.
Kriminologiya elminin aktual məsələlərindən biri ''insanlar silahlara necə baxır?'', ''onlar niyə liberal, yaxud mühafizəkar silah qanunvericiliyini dəstəkləyir, yoxsa qarşı çıxırlar?'' kimi suallara cavabların axtarılmasıdır.
Bu nöqteyi-nəzərdən Azərbaycan əhalisi üzrə bu sualların cavabları əhəmiyyətlidir. Mühafizəkar silah qanunvericiliyinin (silahların ticarəti və istifadəsinin qanunla ciddi dərəcədə məhdudlaşdırılması) olduğu, odlu silahların olduqca az saylı cinayətlərdə istifadə edildiyi bir kontektsdə insanlar üçün silahların mənasının öyrənilməsi məhz bu tədqiqatın məqsədi olub.
552 respondentin iştirak etdiyi sorğunun nəticələrinə görə, Azərbaycan əhalisi odlu silahların ticarəti və istifadəsinin tənzimlənməsinə dair mövcud qanunvericiliyin indiki vəziyyətdə saxlanılmasını dəstəkləyir. Sorğuda iştirak edən respondentlərin 87%-i məhz bu mövqedən çıxış edib. Belə bir mövqenin sərgilənməsindəki əsas səbəblərdən biri cinayətkarlığın səviyyəsi ilə bağlı fikirlər olub. Belə ki, respondentlərin 86%-i odlu silahların ticarəti və istifadəsinə dair qanunların yumşaldılması təqdirində cinayətkarlığın səviyyəsinin artacağını hesab edib.
Sorğuda həmçinin respondentlərin silahlara baxışı da öyrənilib. ''Silah sizin üçün nə məna ifadə edir?" sualına iştirakçıların 43%-i ''ov və idman vasitəsi'' cavabını verdiyi halda, 40% üçün silahlar ''özünümüdafiə'' mənasını kəsb edir. Bir sıra Qərb ölkələrindən fərqli olaraq, respondentlərin kiçik hissəsi - cəmi 11% üçün silah ''güc mənbəyi'' kimi qəbul edilir.
Tədqiqat müəllifləri icra etdikləri təhlil texnikaları vasitəsilə müxtəlif dəyişənlər arasındakı potensial əlaqələri də öyrənməyə çalışıblar. SPSS proqramı vasitəsilə Xi-kvadratı və Pirson korelyasiya texnikaları istifadə edilib. Müəyyən edilib ki, respondentin odlu silah sahibi olan şəxs/ailə tanıması ilə qanunvericiliyə baxışı arasında güclü korelyasiya mövcuddur - silah sahibi olan şəxs/ailə tanıyanların qanunvericiliyin yüngülləşdirilməsinə etiraz etmə ehtimalı daha böyükdür. Oxşar olaraq, qanunvericiliyə baxışla cinayətkarlıq səviyyəsinə dair fikir arasında da güclü korelyasiya mövcuddur - liberal qanunların olacağı halda odlu silahla törədilən cinayətlərin sayının artacağını hesab edənlərin qanunvericiliyin yüngülləşdirilməsinə etiraz etməsi ehtimalı daha yüksəkdir. Demoqrafik göstəricilərdən isə yalnız genderlə qanunvericiliyə baxış arasında korelyasiya aşkarlanıb - kişilər qadınlara nisbətdə daha sərbəst qanunların olmasını arzu edirlər ki, bu da başa düşüləndir. Azərbaycanda odlu silahlar əsasən ov üçün əldə edilir və bu fəaliyyət əsasən kişilər arasında geniş yayılıb.
Qeyd edək ki, sorğudakı respondentlər 2 fərqli seçmə proseduru ilə toplanıb - onlayn elan və poçtla anketlərin göndərilməsi. Belə ki, “Facebook” sosial şəbəkəsindəki bir sıra səhifələrə yerləşdirilən sorğu ilə yanaşı, anketlər çap edilərək, Qəbələ rayonundakı Azərpoçt filialına göndərilib, poçt xidmətindən istifadə edilən vətəndaşlara anketdə iştirak təklif edilib. Sorğuda iştirak edən 552 respondentin demoqrafik bölgüsünə gəlincə isə nəticələr aşağıdakı kimi olub.
Tədqiqat işinin faydaları;
- Azərbaycanda odlu silahlarla törədilən cinayətlərin sayının az olmasını və odlu silahlara tətbiq edilən ciddi nəzarətin dünya elminə nümayiş etdirilməsi;
- Azərbaycanda odlu silahlara sosial baxışın dünya elmi ictimaiyyətinə çatdırılması;
- kriminologiya elmindəki boşluğun - insanların odlu silahlara və onların tənzimlənməsinə dair olan qanunvericiliyə baxışının öyrənilməsi - doldurulmasına xidmət;
- Yaxın müharibə tarixinə malik Azərbaycanda insanların odlu silahlara elə də ''isti'' münasibətinin olmamasının öyrənilməsi;
Telegram kanalımız