“Azərbaycanda olarkən vətəndaşlığımı dəyişməyi təklif etdilər” – Ukraynalı futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanda olarkən vətəndaşlığımı dəyişməyi təklif etdilər” – Ukraynalı futbolçu

İdman

06 Noyabr 2019 13:15 1083


“Qarabağ”ın sabiq futbolçusu Yaroslav Deda Azərbaycandakı karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

“Yeni Sabah” xəbər verir ki, Ukrayna təmsilçisi “Karpatı”da çıxış edən 20 yaşlı hücumçu klub saytına danışarkən ona Azərbaycan vətəndaşlığı təklif edildiyini deyib:

“2017-ci ilin noyabrın vətəndaşlığımı dəyişmək üçün mənə müraciət edildi. Valideynlərimlə məsləhətləşəndən sonra bu təkliftən imtina etməyə qərar verdim. Ukraynalıyam və yalnız öz ölkəm üçün oynamaq istəyirəm”. pizza mizza

Deda "Qarabağ"a keçidindən də söhbət açıb:

“Qarabağ"ın adını eşidəndə bir dəqiqə olsun düşünmədim, çünki Çempionlar Liqasında oynamaq perspektivi var idi. Azərbaycanda oynamaq mənə çox şey verdi. Orada tamamilə fərqli mentalitet var. Bizimkindən çox fərqlənir. İlk günlərdən mənim üçün problem olmadı və iki aya uyğunlaşdım. Özümü evdəki kimi hiss edirdim”.

Qeyd edək ki, Deda 2017/18 mövsümündə “Qarabağ”ın U-19 komandasında çıxış edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!