Azərbaycanda ölümlə nəticələnən qəzanın görüntüləri - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ölümlə nəticələnən qəzanın görüntüləri - Video

Hadisə

02 Avqust 2020 19:12 1032


İki gün öncə Ağdaşda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Yenisabah.az xəbər verir ki, hadisə zamanı “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub.

Görüntülərdə “VAZ”ın sola dönmə əməliyyatını yerinə yetirdiyi, bu zaman arxadan gələn “Hyundai” markalı avtomobilin ona çırpılması əks olunub. Pepperoni pizza

Qeyd edək ki, zərbənin təsirindən “Hyundai” yoldan çıxaraq aşıb, sürücüsü, Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu ölüb. 

“VAZ”ın sürücüsü Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. 

Həmin görüntüləri təqdim edirik:

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!