Azərbaycanda Online Alış-Verişin Yeni Ünvanı: Mymarket.az

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda Online Alış-Verişin Yeni Ünvanı: Mymarket.az

İqtisadiyyat

19 Avqust 2024 10:56 940


Müasir dövrdə rəqəmsallaşma insanların alış-veriş vərdişlərini dəyişdirir. Artıq ənənəvi mağazalardan alış-veriş etmək yerinə, istehlakçılar internet vasitəsilə məhsul axtarır və sifariş edirlər. Azərbaycanda da bu tendensiya sürətlə yayılır və online alış-veriş platformaları getdikcə daha çox populyarlıq qazanır.

Bu platformalardan biri də Mymarket.az saytıdır. Bu platforma həm satıcılar, həm də alıcılar üçün ideal bir məkan təklif edir. Satıcılar mağaza icarəsi ilə bağlı xərclərdən azad olur, alıcılar isə rahatlıqla axtardıqları məhsulu tapır və sifariş edirlər. İqtisadi baxımdan, hər iki tərəf minimum resursla maksimum fayda əldə edir.

Mymarket.az Nədir? pizza hut

Mymarket.az Azərbaycanda özəl elanlar üçün universal bir platformadır. İstifadəçilər burada müxtəlif kateqoriyalarda elanlar yerləşdirə və axtarış edə bilərlər. Platforma alıcı və satıcıları bir araya gətirir, onların əlaqə qurmasına və alış-veriş etməsinə şərait yaradır.

Məsələn, hər hansı bir məişət əşyası axtarırsınızsa, Mymarket.az saytında həm yeni, həm də ikinci əl məhsulları tapmaq mümkündür. İstifadəçilər sadəcə axtarış sistemindən istifadə edərək, istədikləri məhsulu asanlıqla tapa bilərlər.

Niyə Mymarket.az?

Mymarket.az platforması yalnız rahatlıq təmin etmir, eyni zamanda mağazalarla olan partnyorluqları çərçivəsində istifadəçilərə xüsusi endirimlər də təqdim edir. Bu, eyni məhsulu daha uyğun qiymətə əldə etmək üçün ideal fürsət yaradır.

Bununla yanaşı, saytın və mobil tətbiqin istifadəçi dostu interfeysi sayəsində hər kəs asanlıqla platformadan istifadə edə bilər. Qeydiyyat prosesi də çox sadədir: mobil nömrənizlə qeydiyyatdan keçib, şəxsi kabinet yarada bilərsiniz.

Satıcılar Üçün İmkanlar

Mymarket.az, həmçinin online mağazasını qurmaq istəyən sahibkarlar üçün də geniş imkanlar yaradır. Platformada biznes hesabı ilk 30 gün ərzində pulsuz təqdim olunur və VIP elanlar daha sərfəli qiymətə təklif edilir. Bu, kiçik və böyük biznes sahibləri üçün ideal bir başlanğıc nöqtəsidir.

Hazırda davam edən "Xoşgəldin" kampaniyasının təfərrüatları:

Böyük biznes sahibləri üçün:

•    100 AZN reklam balansı

•    100$ dəyərində ödənişli tanıtım

•    Mymarket.az-a özəl endirimli məhsulların tanıtımı

Kiçik biznes sahibləri üçün:

•    50 AZN reklam balansı

•    Mymarket.az-a özəl endirimli məhsulların tanıtımı

Yeni mağaza açanlara:

•    3 ay pulsuz mağaza və 100 elan yerləşdirmə

•    Video materiallarla reklam hədiyyə

Əl işi görənlərə:

•    3 ay pulsuz mağaza və 100 elan yerləşdirmə

•    Xüsusi əl işlərinin reklamı

Əgər siz də alış-verişlərinizi daha rahat, sərfəli və fürsətlərlə dolu bir platformada etmək istəyirsinizsə, Mymarket.az sizin üçün ən doğru seçimdir. Online alış-verişin üstünlüklərindən faydalanaraq, məhsullarınızı sürətli və etibarlı şəkildə əldə edə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!