Azərbaycanda ötən iki ayda 6 nəfər minaya düşüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ötən iki ayda 6 nəfər minaya düşüb

Hadisə

01 Mart 2022 12:57 363


Rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2022-ci ilin fevral ayında 2 hadisə nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyindən Yenisabah.az-a verilən məlumata görə, nəticədə bir mülki şəxs kasetli silah qalığının partlamasından həlak olub və iki mülki şəxs isə piyada əleyhinə mina partlamasından yaralanıb.

"2022-ci ilin fevral ayında minalar və partlamamış hərbi sursatlarla bağlı hadisələr Yevlax və Təttər rayonlarının ərazisində baş verib. Dördpendirli pizza

Ümumilikdə 2022-ci ilin ilk iki ayında 6 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb", - açıqlamada deyilir.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi mülki əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!