Azərbaycanda pensiya alanların sayı azalıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiya alanların sayı azalıb - Video

Sosial

22 Mart 2024 00:19 1386


Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə olunur

2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.

2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il  pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub. pizza mizza

Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

Ekspertin sözlərinə görə, statisitik məqəmlər göstərir ki, qadınlar kişilərdən daha çox yaşayır.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!