Azərbaycanda pensiyaçıların sayı niyə azdır? –   Şok müqayisə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda pensiyaçıların sayı niyə azdır? – Şok müqayisə

Sosial

19 May 2019 15:26 2901


MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Kazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür. 

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, bildirib ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir. 

“Amma buna baxmayaraq, Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiyadan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır”. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!