Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?

Sağlamlıq

08 Fevral 2021 16:30 721


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) koronavirus əleyhinə vaksinasiyadan sonra tibb işçiləri arasında virusa yoluxma halının olub-olmaması məsələsinə münasibət bildirib.

Yenisabah.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, qurum Sumqayıt və Abşeron daxil olmaqla, digər bölgələrdə vaksinasiya aparır:

“Bölgələrdə olan səhiyyə müəssisələrində COVID-19 əleyhinə peyvənd vurduran tibb işçilərində sonradan virusa yoluxma faktı qeydə alınmayıb”. (Report) Dominos pizza

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvənd ilkin mərhələdə risk qrupuna aid olan səhiyyə işçilərinə vurulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!