Azərbaycanda polis 9 il əvvəl qətl törədən şəxsi tutdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis 9 il əvvəl qətl törədən şəxsi tutdu

Kriminal

26 Fevral 2020 18:33 859


Zaqatala Rayon Polis və Prokurorluq əməkdaşlarının birgə keçirdikləri istintaq əməliyyat-axtarış tədbirləri nəticəsində 9 il əvvəl qətl törədən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a daxil olan məlumata görə, 2011-ci ildə Zaqatala şəhər sakini S. Eyyubovanı yaşadığı evdə bıçaqla qətlə yetirərək hadisə yerindən yayınan şəxsin Gəncə şəhər sakini Polad İsmayılov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!