Azərbaycanda polis mayorunu bıçaqladılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis mayorunu bıçaqladılar

Kriminal

27 Dekabr 2019 06:31 1570


Tərtər rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Buruc kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov sərxoş vəziyyətdə yaşadığı evə gələrək qardaşı Arif Nəcəfovla mübahisə edib. Hadisə yerinə Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov gələrək mübahisəni sakitləşdirməyə çalışıb. Sərxoş olan S.Nəcəfov sakitləşməyib polis əməkdaşına hücum edərək ona 5 bıçaq zərbəsi vurub. E.Aslanov xəstəxanaya çatdırılaraq əməliyyat olunub. pizza mizza

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb və S.Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!