Azərbaycanda polisə yalan xəbər verən tutuldu: “Döyüb 3500 pulumu aldılar”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polisə yalan xəbər verən tutuldu: “Döyüb 3500 pulumu aldılar”

Kriminal

11 Yanvar 2020 06:18 1188


Yanvarın 8-də Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan  5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan “Yeni Sabah”a verilən məlumata görə, “102” Zəng Mərkəzinə  daxil olmuş müraciət aidiyyatı üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib. 

E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir. Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini,  vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib. Toyuqlu pizza

E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!