Azərbaycanda qadın sürücü qəza törətdi –   Ölənlər və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda qadın sürücü qəza törətdi – Ölənlər və yaralananlar var

Kriminal

14 İyun 2019 06:22 1498


Oğuzda qadın sürücü avtomobili ağaca çırpıb, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Hadisə gecə saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Elnarə Ağazəki qızı Ağakərimovanın idarə etdiyi 99-HK-779 dövlət qeytiyyat nişanlı "Hyundai" markalı avtomobil Şəki istiqamətində hərəkətdə olarkən, idarəetmədən çıxaraq ağaca çırpılıb.  Sezar pizza

Nəticədə sürücü, 50 yaşlı E.Ağakərimova və 50-60 yaşlarında şəxsiyyəti hələ məlum olmayan daha bir qadın hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan daha 3 nəfər -Bakı şəhər sakinləri: bir ailənin üzvləri- 41 yaşlı Zaman Hadıyev, 51 yaşlı Məlahət Hadıyeva və 9 yaşlı Zəki Hadıyev aldıqları ağır bədən xəsarətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə yaralıların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!