“Azərbaycanda təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışanların çoxu qadınlardır”.
“Yeni Sabah” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova“Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, qadınların rəhbər vəzifələrdə çalışdığı ölkələrdə hər zaman inkişaf olub: “Elə sahələr var ki, orada çalışan qadınların sayı kişilərin sayından çoxdur. Misal üçün, təhsil, mədəniyyət və səhiyyə sahəsində qadınların sayı hər zaman çox olub. Amma yüksək vəzifələrdə daha çox kişilər çalışırlar. Bu da qadınlar arasında özünəinam hissini azaldır”. Dominos pizza
Dövlət Komitəsinin sədri Azərbaycan cəmiyyətində qadınların, o cümlədən gənc qızların özləri üçün xüsusi yer tutmasını istədiyini bildirib: “Çünki əhalinin yarısını qadın cinsinin nümayəndələri təşkil edir və qadınlar ölkədə baş verən bəzi proseslərdə iştirak etməsə, hansı inkişafdan söhbət gedə bilər?! Gender anlayışı təkcə Azərbaycanda deyil, eləcə də dünyanın bəzi ölkələrində də düzgün başa düşülmür".
Telegram kanalımız