Sumqayıt Ağır Cinayətlər Məhkəməsində zorlamağa cəhd, mənzil toxunulmazlığını pozma və quldurluqda təqsirləndirilən Vahid Nəcəfovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Marqarita pizza
İttihama görə, 1990-cı il təvəllüdlü Vahid Nəcəfov 24 sentyabr 2020-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonunda 6 aylıq hamilə olan Səma Vəliyevanın (şərti) evinə qanunsuz daxil olub. O, qadınla zorla cinsi əlaqədə olmaq məqsədilə növü istintaqla müəyyən edilməyən kəsici-deşici alətlə öldürməklə hədələyib və onun çənəsinə zərbə vurub. Qadının müqavimətindən sonra Vahid hadisə yerindən qaçıb.
Bundan başqa, o, 23 iyun 2021-ci il tarixdə, saat 22 radələrində yaşlı qadın - Qəmər Səttarovanın (şərti) əmlakını ələ keçirmək məqsədilə onun evinə qanunsuz olaraq girib mətbəxdən bıçaq götürüb. Bu zaman qadın hamamdan çıxıb. Vahid Nəcəfov bıçaqla Qəmər Səttarovaya xəsarət yetirib. Daha sonra o, qadını ölümlə hədələyərək zorlamağa cəhd edib. Lakin zərərçəkmiş şəxs müqavimət göstərib və vahid evdən çıxaraq qaçıb.
Hadisədən sonra Vahid Nəcəfov polis əməkdaşları tərəfindən saxlanılıb./Pravda.az
Telegram kanalımız