Azərbaycanda QHT sədri dəhşətli qəzada öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda QHT sədri dəhşətli qəzada öldü

Kriminal

18 Yanvar 2020 07:09 7643


Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Yeni Sabah” Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Saatlı rayonu Azadkənd kənd sakini, Azadkənd Sudan İstifadə Edənlər İctimai Birliyinin sədri Nizami Cəfərovun idarə etdiyi "VAZ 21074" markalı 49 DF 711 dövlət nömrə nişanlı avtomobillə Saatlı rayon sakini Səmədov Əbülfət Ərəstun oğlunun idarə etdiyi "Mitsubitshi" markalı 90 OZ 941 dövlət nömrə nişanlı avtomobil toqquşub. Sezar pizza

Hadisə nəticəsində hər iki avtomobilin sürücüsü və "Mitsubitshi"də olan sərnişinlər - Elşad Teymurov və Feyruz Minbaşıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

N.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!