Azərbaycanda rüşvət alan həkimin videosu yayıldı, işdən qovuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda rüşvət alan həkimin videosu yayıldı, işdən qovuldu

Kriminal

16 Mart 2020 11:33 2609


Azərbaycanda həkim xəstələrdən analiz üçün pul tələb edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə videogörüntü Oxu.Az-ın redaksiyasına daxil olub.

Görüntülər Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində qeydə alınıb. Dördpendirli pizza

Videoda Leyla Məmmədova adlı həkimin xəstədən analiz üçün 20 manat tələb etməsi əks olunub.

Saytımızın əməkdaşı məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərib. 

TƏBİB-dən bildirilib ki, video ilə bağlı Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində araşdırma aparılıb:

“Mərkəzin direktoru Yusif Əliyevin imzaladığı əmrlə Məmmədova Leyla Cabir qızı vəzifəsindən azad edilib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!