Azərbaycanda şadlıq sarayında faciə - Hadisə yerində keçindi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda şadlıq sarayında faciə - Hadisə yerində keçindi

Hadisə

21 Yanvar 2020 09:07 1289


Xaçmazda şadlıq evində bədbəxt hadisə baş verib.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə "Aygün" şadlıq sarayında qeydə alınıb.

Həmin şadlıq sarayında fəhlə işləyən, 1967-ci il təvəllüdlü Rəşid Məmmədov toy zalının asma tavanına çilçıraq bağlayarkən yıxılıb. Nəticədə 6 metr hündürlükdən mərmər döşəməyə düşən fəhlə hadisə yerində ölüb. pizza sifarişi

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!