Azərbaycanda ŞOK HADİSƏ:   Şagirdlər müəllimi döydülər - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda ŞOK HADİSƏ: Şagirdlər müəllimi döydülər - TƏFƏRRÜAT

Hadisə

10 Aprel 2025 19:43 3090


Gəncə şəhərində yerləşən 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə müəllim və şagirdlər arasında insident yaşanıb.

Yenisabah.az Bizim.Media-ya istinadla xəbər verir ki, liseyin direktoru Əliağa Səfərəliyev bildirib ki, hadisə 10.04.2025-ci il tarixində, saat 08:45-də məktəbin Azərbaycan bölməsinin idman müəllimi, 1985-ci il təvəllüdlü Fərrux Bəhram oğlu Quliyevlə liseyin IX və X sinfində təhsil alan iki qardaş arasında tənəffüs zamanı mübahisə baş verib.

"İnsident təxminən 3-4 dəqiqə davam edib. Rus bölməsinin IX sinfində oxuyan şagirdlərdən biri məktəbdə, aynanın qarşısında qeyri-etik şəkildə əyləşdiyinə görə müəllimimiz Fərrux Quliyev ona irad bildirib. Şagird bu irada etiraz edib və aralarında mübahisə yaranıb. Bu zaman həmin şagirdin qardaşı da yaxınlaşaraq mübahisəyə qoşulub və hər iki şagird müəllimə fiziki təzyiq göstərib. Mən hadisəni eşidən kimi hadisə yerinə gəldim və şagirdləri otağıma apardım. Dominos pizza

Məktəbin psixoloqunu da otağa dəvət etdim ki, şagirdlərlə söhbət aparsın. Daha sonra müəllim də kabinetimə gəldi. Təəssüf ki, otaqda növbəti insident yaşandı. Ardınca polis əməkdaşları məktəbə gəldilər və şagirlərin valideynlərinin iştirakı ilə onlar polis idarəsinə aparıldılar", - deyə direktor bildirib.

Əliağa Səfərəliyev əlavə edib ki, hadisədən dərhal sonra müəllim Fərrux Quliyev tibbi yardıma və hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!