Azərbaycanda son sutka ərzində 802 yeni yoluxma faktı qeydə alınıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutka ərzində 802 yeni yoluxma faktı qeydə alınıb

Sağlamlıq

05 Yanvar 2021 16:48 1140


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 802 yeni yoluxma faktı qeydə alınıb, 2479 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 221401 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 199213 nəfər müalicə olunaraq sağalıb, 2792 nəfər vəfat edib, aktiv xəstə sayı 19396 nəfərdir. Toyuqlu pizza

Ölkədə son sutka ərzində 8435, hazırkı dövrədək isə 2222629 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!