Azərbaycanda son sutkada 515 nəfər COVID-19-a yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda son sutkada 515 nəfər COVID-19-a yoluxdu

Sağlamlıq

10 Mart 2021 17:19 1153


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 515 yeni yoluxma faktı qeydə alınıb, 201 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 237 775 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 116 nəfər müalicə olunaraq sağalıb, 3 257 nəfər vəfat edib, aktiv xəstə sayı 4 402 nəfərdir. Pepperoni pizza

Ölkədə son sutka ərzində 8462, hazırkı dövrədək isə 2671613 test aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!