Azərbaycanda süni nəfəs cihazına qoşulan xəstələrin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda süni nəfəs cihazına qoşulan xəstələrin sayı artdı

Sosial

25 İyul 2020 22:48 938


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Yenisabah.az xəbər verir ki, hazırda ölkədə 7143 nəfər aktiv koronavirus xəstəsi var. Onlardan 313 nəfər reanimasiyada, 76 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün süni tənəffüs cihazına qoşulan xəstələrin sayı 69 nəfər idi.

Ümumilikdə 29 633 nəfər virusa yoluxub, 22 082 nəfər sağalıb. Marqarita pizza

Qeyd olunub ki, bu gün 8433 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 676 252 test aparılıb.

Qeyd edək ki, bu gün 321 koronavirusa yoluxma faktı qeydə alınıb, 8 nəfər dünyasını dəyişib, 535 nəfər sağalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!