Azərbaycanda tələbə yol qəzasında həlak oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tələbə yol qəzasında həlak oldu

Hadisə

19 May 2025 15:52 1227


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 4-cü kurs tələbəsi Əşrəf Mirzəyev ölüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, Ə.Mirzəyev yol-nəqliyyat hadisəsində həyatını itirib: Dördpendirli pizza

"Çox ağıllı, mədəni, mehriban insan idi. Bir neçə il əvvəl universitetə imtahan verməyə hazırlaşanda qəflətən atasını da itirmişdi. Universiteti bitirib iyul ayında əsgər gedəcək, qayıdıb işləyəcək, ailə başçısı kimi anasına, bacılarına dəstək olacaqdı. Xəyalları, arzuları yarımçıq qaldı", - deyə o paylaşımında bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!