Azərbaycanda telekanal operatoru antibiotik iynəsi vurulduqdan sonra öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda telekanal operatoru antibiotik iynəsi vurulduqdan sonra öldü

Hadisə

12 Aprel 2025 21:47 322


Lənkəranda 32 yaşlı kişi iynə vurulmasından sonra ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə Viyən kəndində baş verib. Belə ki, 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədova ev şəraitində antibiotik vurulub. Bundan sonra İ.Məmmədovun vəziyyəti ağırlaşdığını görən ailə üzvləri təcili tibbi yardıma müraciət ediblər. Lakin həkim gələnə qədər İ.Məmmədov ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ölümün səbəbi müvafiq ekspertizadan sonra məlum olacaq. pizza hut

Qeyd edək ki, İ.Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

 

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!