Azərbaycanda tibbi kadr çatışmazlığı var? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tibbi kadr çatışmazlığı var? - Açıqlama

Sağlamlıq

30 İyun 2020 23:31 928


“Azərbaycanda tibb sahəsində kadr çatışmazlığı yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib.

O bildirib ki, bu gün tibb işçiləri arasında ümumi kadr çatışmazlığı olmasa da, bəzi ixtisaslar üzrə bu vəziyyət mövcuddur: pizza sifarişi

“Pandemiyadan əvvəl də ölkədə vəziyyət belə olub. Bu, normal haldır, çünki bəzi ixtisaslar xüsusi dar çərçivələri əhatə edir. Bəzi dar ixtisaslı sahələr istisna olmaqla, Azərbaycanda ciddi kadr çatışmazlığı heç bir dövrdə olmayıb. 

Lakin Azərbaycanda həkimlərin hamısı infeksionist, anestezioloq deyillər. Bu gün təcili yardım xidməti üçün həkimlərin qəbulu elan olunub ki, işlərimizi optimallaşdıraq”.  /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!