Azərbaycanda tükürpərdən olay: Ərinin məzarını ziyarət edən qadın öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda tükürpərdən olay: Ərinin məzarını ziyarət edən qadın öldü

Hadisə

02 May 2026 16:09 109


Tovuz rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.

"Yeni Sabah" Teleqraf-a istinadla xəbər verir ki, Bakı şəhərində yaşayan 1961-ci il təvəllüdlü Nazilə Qasımova həyat yoldaşının vəfatının ildönümü ilə bağlı onun rayonun Yuxarı Öysüzlü kəndindəki məzarını ziyarət etməyə yollanıb.

Bu zaman qadın qəbiristanlıqda yıxılıb, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qadının xəstəxanada öldüyü məlum olub.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!