Azərbaycanda vəzifəli şəxs qəzada ağır yaralandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxs qəzada ağır yaralandı - Foto

Hadisə

04 Avqust 2020 02:00 1177


Salyanda baş verən zəncirvari qəzada 3 nəfər xəsarət alıb. 

Yenisabah.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan rayonunun Kərimbəyli kəndində qeydə alınıb. “Daewo”, “Tayota Prado” və  “VAZ 2107” markalı avtomobillərinin toqquşması nəticəsində 3 nəfər - Bakı sakini, 1960-cı il təvəllüdlü  Əliyev Vidadi Qamət oğlu, 1990-cı il təvəllüdlü Həsənova Lalə İslam qızı və 1982-ci il təvəllüdlü Talıbov Zöhür Nadir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Yaralılardan kəllə-beyin travması alan “Tayota Prado” markalı avtomobilin sürücüsü  Vidadi Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərinə - Mərkəzi Klinik Xəstəxanasına yola salınıb.  pizza

Qeyd edək ki, Vidadi Əliyev Respublika Cüzəm xəstəxanasının baş həkimidir.

Faktla bağlı araşdırma aparılır.   /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!