Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda vəzifəli şəxsə cinayət işi açıldı

Kriminal

31 Mart 2020 18:11 504


Neftçala bələdiyyəsinin fəaliyyətinin araşdırılması zamanı 1,34 ha torpaq sahəsinin real qiymətindən ucuz satılması müəyyən edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzədə (2019-cu il üzrə) qeyd edilib.

Bildirilib ki, bununla da bələdiyyə büdcəsinə 117, 922 manat ziyan vurulması, müvafiq təsdiqləyici sənədlər olmadan təmir-abadlıq işlərinin görülməsinə bələdiyyə büdcəsindən 13,103 manat vəsaitin silinməsi müəyyən edilib. Həmçinin səlahiyyətli olmadığı halda bələdiyyə sədri tərəfindən qərarlar qəbul edilməsi faktları üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılıb. /Report Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!