Azərbaycanda yüksək vəzifə tutan qadınlar niyə azdır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda yüksək vəzifə tutan qadınlar niyə azdır?

Siyasət

17 Dekabr 2019 05:02 2170


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Finlandiyada 34 yaşlı Sanna Marin baş nazir seçilib. O, dünyanın ən gənc Baş Naziri olacaq və tarixində ilk dəfə Finlandiya hökumət koalisiyasında olan 5 partiyanın hamısının lideri qadınlardır. 

Məlumdur ki, Azərbaycan Avropada qadınlara seçki hüququ verən ölkələrdən biridir, amma hazırda qadınlar parament və hökumətdə azlıqdadır. Özünü demokrat adlandıran siyasi partiyalarda belə qadınların rəhbər postlarda, seçkili orqanlarda təmsilçiliyi azdır. 

Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 23 dekabrda keçirilən bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatında qeyd olunur ki, namizədlərin 30 faizdən çoxu qadınlardır.  Sezar pizza

Bəs görəsən, qadınların həm bələdiyyə, həm də parlament seçkilərindəki fəallıqları qaneedicidirmi? İdarəetmədə qadınların az təmsil olunmasının səbəbləri nədir? 

Bu suallarımızı Ümid Partiyasının sədr müavini Tamilla Qulami cavablandırıb. Xanım siyasətçi bildirib ki, bu təkcə Azərbaycanda yox, digər ölkələrdə belədir və bunun əslində, gender bərabərsizliyi ilə əlaqəsi yoxdur:

"Əslində, bizim partiyada hər zaman xanımlara yer ayrılıb. Bu gün də rəhbər postlarda, müavinlərdən ikisi qadındır. Ümumiyyətlə, Azərbaycanda qadınların vəzifələrdə - biznes, siyasət və.s kimi yerlərdə az təmsil olunmasını hər zaman müzakirə edirik və əsas mövzulardan biridir. 

İxtisaslaşmış fakültələr var ki, orada qadınlar çox olur. Məsələn, filologiyada, tibb sahəsində və.s Söhbət sırf siyasətdən gedirsə, siyasət bir idarəçilikdir. Ta qədim dövrdən götürsək, idarəetmədə tayfanı, qəbiləni ərzaq təmin etməsindən tutmuş, ətraf mühiti qorumaq kimi çətinliklər olub. Sonraki illərdə də idarəçilik döyüşlər, torpaq zəbt olunması, qorunmaq, düşmən qarşısına çıxmaq olub. Bu vərdişlərin hıyata keçirilməsində isə əsasən, kişilər fiziki güc olaraq qadınlardan öndə olub. O dövr üçün bunlar yaxşı sayılırdısa, indiki dövr üçün bunları qadınların hüquqlarının pozulmasl və gender bərabərsizliyi kimi xarakterizə edirik. 

Ümumilikdə, mən isə bunu gender bərabərsizliyi kimi qiymətləndirməzdim. Hətta Avropanın özünə nəzər salsaq, bir-iki qadını çıxmaq şərti ilə, idarəetmədə qadınların sayı azdır. 21-ci əsrdə bu vərdişlərdən uzaqlaşmaq təkcə Azərbaycan cəmiyyəti üçün xarakterik deyil. Ona görə dünyanı misal gətirirəm. 

Avropaya baxsaq, kabinetlərin daxilində də qadınların təmsili o qədər kütləvi hal almayıb. Bu gün Finlandiyada baş nazir qadın olaraq təyin olunub, hətta onu belə biz xəbər kimi gündəmə gətiririk. Görürsünüzmü ki, bu dəfələrlə olmayıb və kütləvi hal almayıb. Azərbaycanda mental dəyərlər, Şərq təfəkkürü, Şərq yanaşması qadınların siyasətdə, ictimai həyatda, cəmiyyətdə o qədər yer tutmasına şərait yaratmayıb. Ona görə də çalışıblar ki, qadınların ictimaiyyətdə rolunu məhdudlaşdırsınlar. Yəni, çox şərait yaratmayıblar. 

Hətta tarixə nəzər salsaq, Azərbaycanda idarəetmədə çox qadın olmayıb. Olub, amma buna az misal gətirə bilərik. Avropa ilə bizi müqayisə etsək, keçmiş dönəmlərdə qadınlar bizdə daha çox ön planda olub. Türklərdə qadınlar kişilərlə çiyin-çiyinə döyüşlərdə vuruşublar. Amma yenə də deyirəm, döyüşlərdə kişilər ön planda olduğuna görə, bu idarəetmə vərdişi formalaşdırıb. Buna görə də qadınlar kənarda qalıb. Amma bu maarifləndirmə, tərbiyələndirmə, texnologiyaların inkişafı və idarəetmənin mahiyyətinin dəyişməsi ilə təbii şəkildə sıradan çıxacaq. Zorla olan şeylər həmişə insanlarda qıcıq yaradır. 

Məsələn, zorla desək ki, "qadın idarəetməyə gəlməlidir, kişilərsə olmamalıdır", bu zaman qarşı tərəfdə qıcıq yaradacaq. Elə olmalıdır ki, qadının özünün azad seçimi olsun. Evdar xanımın da fikrinə hörmətlə yanaşırıq, məsələn, istəyirsə, evində otursun, uşaqları ilə daha çox vaxt keçirsin. Qadınlar da var ki, evindən daha çox cəmiyyətə də xeyir vermək istəyir. Fəaliyyətini tək öz ailəsi ilə qısıtlamır. Bu gün mənim və mənim kimi qadınların cəmiyyətdə olması, idarəetməyə meyilliliyi ona görədir ki, mən inkişafı tək ailəm üçün istəmirəm. İstəmirəm ki, sabah övladlarım çətinlik çəkə. Bu gün biz o çətinliyi çəkək, amma sabah onlar daha böyük, ağır işlərə qalxışmasınlar deyə ə onların işini asanlaşdırmağa çalışırıq".

Tamilla Qulami

T.Qulami bildirib ki, əgər sırf gender bərabərsizliyini örtmək üçün qadınlar idarəetməyə gətirilsə, o zaman cəmiyyətə xeyir vermiş olmarıq.  O, söyləyib ki, burada əsas məsələ fəaliyyətin düzgün qurulmasıdır: 

"Məsələ burasındadır ki, biz əgər burada qadınlar çox olmalıdır, prinsipi ilə yanaşsaq, az şey qazanarıq. İdarəetmədə qadınların say azlığının əlahidə səbəblərini gender bərabərsizliyində axtarmalı deyilik. Bu gün hakimiyyət gender bərabərsizliyinin pozulmamasını göstərmək üçün, qadınları gətirib orada otuzdurursa, o qadın da xalqa xidmət edə bilməyəcəksə, vəzifə borcunu yerinə yetirə bilməyəcəksə, o zaman orada olmağının heç bir mənası yoxdur. 

Qanunun aliliyinin, fəaliyyətin, əməyin olduğu hər yerdə istər qadın, istər kişi öz üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir. Bunun üçün xüsusi bir şeyə ehtiyyac yoxdur. Hə, bərabərlik olarsa, nə gözəl. Əgər bir kişi vətəni, xalqı üçün layiqincə xidmət edirsə, nəyə görə biz o kişini çıxardıb yerinə işini görə bilməyən bir qadın qoyaq ki?”.

Sədr müavini "Siyasət çirkli oyundur, buna görə də qadınlar qorxub yaxınlaşmır" kimi deyilən fikirlərə də münasibət bildirib:

"Mən qətiyyən siyasətin çirkli oyun olduğunu düşünmürəm, bunu hər zaman inkar etmişəm. Münasibətlər sistemində çirkin insanlar çirkli oyun aparırlar. İyrənc insanlar iyrənc oyunlar apara bilirlər. Siyasət idarəetməni həyata keçirən elmdir. Ona görə də siyasəti xalqın düzgün xidmət edənlər düzgün aparacaq. Çirkli oyunlar isə çirkin insanların işdir".

Xatırladaq ki, 2015-ci ilin noyabrında parlament seçkilərində Milli Məclisə 21 xanım deputat seçilib. 2010-cu ildə də eyni sayda qadın deputat ola bilib. 

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!