Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü zərərlə başa vurdu

İqtisadiyyat

29 Aprel 2020 20:29 770


Azərbaycandakı kredit ittifaqları bu ilin I rübünü 0,6 milyon manat xalis zərərlə başa vurub.

Yenisabah.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, rüb ərzində kredit ittifaqlarının əməliyyat gəlirləri 0,8 milyon manat, əməliyyat xərcləri 0,2 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat təşkil edib. 

Bu il aprelin 1-nə kredit ittifaqlarının aktivləri 16 milyon manat olub. Bunun 14,3 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. pizza sifarişi

Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6,4 milyon manat, o cümlədən aldıqları kreditlər 6 milyon manat, balans kapitalı isə 9,6 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,3 milyon manat təşkil edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!