Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik göndərilib -   Sensasiya

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik göndərilib - Sensasiya

Hadisə

25 Noyabr 2019 10:21 1231


Azərbaycandan Avstraliyaya 5.6 milyon dollar dəyərində "metamfetamin” aparan şəxs məhkəmə qarşısına çıxarılacaq.

“Yeni Sabah” Qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda "The Sydney Morning Herald” polisə istinadən məlumat yayıb. Saytın yaydığı məlumata görə, Azərbaycandan Sidney hava limanına sentyabr ayında beş pərdə göndərilib.

Avstraliya Sərhəd Qüvvələri nümayəndələri paketi açıb və hər pərdənin içərisində bağlı şəkildə "metamfetamin” aşkar edilib. pizza mizza

"Hər pərdədə yumşaq materialın içərisinə bükülmüş təxminən 1,5 kiloqram narkotikin olduğu aşkar edilib,” - NSW polisi mediaya açıqlamasında bildirib.

Polis deyir ki, tapılmış 7,5 kiloqram maddə 5.6 milyon dollar dəyərindədir.

Çatdırılmadan iki həftə sonra Fairfield Local Area-dən olan polis Vederil (Wetherill) Parkında yerləşən Hallstromda bir ünvanda yaşayan 48 yaşlı Arta Zahedini həbs edib. O azadlığqda qalmaq üçün girov ödəməkdən imtina edib.

Ticari miqdarda narkotik idxalında ittiham olunan A.Zahidi bu həftə məhkəmə qarşısına çıxarılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!