Azərbaycandan qorxduqları üçün Şahramanyanı təbrik etmədilər - Ohanyan

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycandan qorxduqları üçün Şahramanyanı təbrik etmədilər - Ohanyan

Maraqlı

12 Sentyabr 2023 14:29 497


Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan baş nazir Nikol Paşinyanın və hakimiyyətdəki digər rəhbər şəxslərin Qarabağdakı separatçı rejimin qondarma "prezident"i olan Samvel Şahramanyanı təbrik etməmələrinə münasibət bildirib. 

Yenisabah.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Ohanyan bunu qorxu ilə əlaqələndirib. 

"Ermənistan hakimiyyəti Samvel Şahramanyanı Azərbaycanla və beynəlxalq aləmdə əldə olunan razılaşmalardan qorxduğu üçün təbrik etməyib. Cəsur liderlər təbrik edərdilər. Rusiya Federasiyasından Qarabağa humanitar yüklərin çatdırılmasına gəlincə, bu addım Laçın dəhlizinin tam açılmasına töhfə verəcək", - deyə o qeyd edib.  pizza sifarişi

"Rusiya tərəfi də addımlar atmalıdır", - Ohanyan əlavə edib. O hesab edir ki, qondarma rejim "daha müstəqil və azad quruma" çevrilməlidir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!