Azərbaycanın basketbol millisi Avropa çempionatında bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın basketbol millisi Avropa çempionatında bürünc medal qazandı

İdman

31 İyul 2022 22:47 1309


Azərbaycanın 18 yaşadək basketbolçulardan ibarət milli komandası Avropa çempionatının C Divizionunda bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, lüksemburqlu həmyaşıdları ilə qarşılaşan basketbolçularımız əsas vaxtı 64:64 hesablı bərabərliklə başa çatan matçın əlavə vaxtında üstün olublar -78:73. 

Qeyd edək ki, Tahir Baxşıyev və Anar Sarıyevin baş məşqçi olduğu kollektiv qrup mərhələsində Lüksemburq (75:71), Cəbəllütariq (115:60), Ermənistan (76:65) və Moldovaya (75:66) qalib gəlsə də, yarımfinalda Albaniyaya (56:76) uduzub. Finalda Monako və Albaniya yığmaları qarşılaşacaq. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!