Azərbaycanın bu bölgəsində yeni yoluxma faktı qeydə alınmayıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu bölgəsində yeni yoluxma faktı qeydə alınmayıb

Sağlamlıq

07 İyul 2020 15:39 927


Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb.

Yenisabah.az xəbər verir ki, yoluxmanın 55,1 %-i Bakının payına düşür.

Sonrakı yerlərdə 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan qərarlaşıb. Bu dəfə Naxçıvan Muxtar Respublikasında yeni yoluxma faktı qeydə alınmayıb. Marqarita pizza

Ölkə xaricindən gələn şəxslərin isə 1,3 faizi virusa yoluxub.

Bakının rayonlarına ən yüksək göstərici Binəqədidə (12,8%) qeydə alınıb. Sonrakı yerdə 12,4%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,4%-lə Nəsimi, 8,8%-lə Nərimanov, 8,7%-lə Suraxanı, 8,2%-lə Nizami, 5,7%-lə Qaradağ, 4,7%-lə Səbail, 4,2%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.

Aktiv halların ərazi üzrə bölgüsünə gəlincə, bu göstərici Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə 3%, Cəlilabadda 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% təşkil edir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 8 397 nəfər təşkil edir. Ümumilikdə isə 522 773 müayinə aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!