Azərbaycanın bu dövlət qurumu bağlanır?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu dövlət qurumu bağlanır?

Siyasət

28 Noyabr 2025 17:12 989


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bağlanacağı barədə xəbələr yayılıb.

Maliyyə Nazirliyinin bu qurumu maliyyələşdirməkdən imtina edəcəyi iddia olunur. Məlumata görə, hökumət mərkəzin fəaliyyətindən razı deyil.

“Yeni Sabah” məsələ ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sorğu verib. Pepperoni pizza

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova əvvəl deyib ki, rəhbərliklə danışıb sualı cavablandıracaq. Bir qədər sonra isə bildirib ki, sorğuya cavab verməyəcəklər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında, aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli əlaqələndirilməsini təmin etmək məqəsdi ilə yaradılıb.

Mərkəzin bağlanacağı barədə informasiyanı “Günün səsi” yayıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!