Azərbaycanın bu ərazisində qarın hündürlüyü yarım metrə çatır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın bu ərazisində qarın hündürlüyü yarım metrə çatır

Sosial

04 Yanvar 2026 10:31 456


Azərbaycan ərazisində yanvarın 4-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti yağmursuz keçir, bəzi yerlərdə külək müşahidə olunur. Dominos pizza

Bir sıra ərazilərdə cənub-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20, Goranboyda 19, Naftalan, Xızıda 18, Qobustanda 16 m/s-dək güclənir.

Qar örtüyünün hündürlüyü tədricən azalıb və Şahbuzda 48, Qaxda 34, Qusarda 25, Lerikdə 20, Xınalıqda 19, Yardımlıda 15, Gədəbəydə 14, Daşkəsəndə 9, Şahdağda 10, Quba, Altıağac, Sədərək, Şəkidə 6, Qəbələdə 3, Şərur, Ordubad, Qobustanda 2 sm təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!