Bu ilin ilk yarısında (yanvar-iyun) Azərbaycana 585 min 62 ton buğda gətirilib.
“Yeni Sabah” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xaricdən alınan buğdanın ümumi maliyyə dəyəri 132 milyon 905 min ABŞ dollarına çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal olunan buğdanın həcmi 17 min 192 ton (2,8 %) azalsa da, ümumi xərc 2 milyon 243 min dollar (1,7 %) yüksəlib. Hesabat dövründə buğda tədarükü ölkənin ümumi idxal xərclərinin 1,6 %-ni təşkil edib.
İlin ilk 6 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 1,1 % artaraq 24 milyard 661 milyon ABŞ dollarına çatıb. Ticarət əməliyyatlarının 16 milyard 320 milyon dolları ixracın (26,7 % artım), 8 milyard 341 milyon dolları isə idxalın (27,6 % azalma) payına düşüb. İxracın yüksəlməsi və idxalın enməsi nəticəsində ölkənin xarici ticarətində 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur. Marqarita pizza
Telegram kanalımız