Azərbaycanın çimərlik güləşi üzrə komandası Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın çimərlik güləşi üzrə komandası Avropa çempionu oldu

İdman

07 İyul 2022 21:29 911


Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U-17 Avropa çempionatı keçirilib.

Yenisabah.az xəbər verir ki, baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Azərbaycanı qitə birinciliyində təmsil edən 4 güləşçi maksimum nəticəyə imza atıb.

Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq) keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Avropa çempionu olublar. Marqarita pizza

100 xal toplayan Azərbaycan komandası Avropa çempionu olub. Moldova ikinci, Yunanıstan isə üçüncü yeri tutub.

Xatırladaq ki, sabah U-20 yaş qrupu üzrə Avropa çempionatı keçiriləcək.Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!