Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazandı

İdman

14 Fevral 2025 22:58 362


Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medallar qazanıblar.

Yenisabah.az xəbər verir ki, oğlanlar arasında çıxış edən yığma üzvləri, Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.

Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!