Son günlər “Sabah”a baş məşqçi təyin ediləcəyi iddia olunan Ümid Ozat məsələ ilə bağlı açıqlama verib.
“Yeni Sabah” xəbər verir ki, o, "Radyospor"a açıqlamasında yayılan xəbərlərin doğru olduğunu təsdiqləyib:
"Azərbaycanın "Sabah" klubu ilə sıx təmasımız oldu. Bizim də özümüzə görə bəzi gözləntilərimiz var. "Sabah"ın oyunlarını da izlədim. Bu işlər Türkiyədə dərhal gerçəkləşir, amma ölkə xaricində bir günə həll edilmir. "Sabah"la ötən həftə də danışıqlar apardıq, amma doğru seçim etmək lazımdır. Azərbaycanın da doğru ölkə olduğunu düşünürəm. “Hatayspor”dan isə rəsmi və ya qeyri-rəsmi heç bir təklif almamışam”. Dominos pizza
Qeyd edək ki, son olaraq “Adanadəmirspor”u çalışdıran 43 yaşlı mütəxəssislə görüşdə maddi məsələdə razılıq əldə olunmayıb. Mətbuatda yazılanlara görə, o, maaş olaraq 500 min dollardan çox pul istəyib. Bakı klubunun nümayəndələri isə bu məbləğlə razılaşmayıb.
Telegram kanalımız