“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik“ - Böyük Britaniya səfiri

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyirik“ - Böyük Britaniya səfiri

Siyasət

04 Oktyabr 2019 21:35 989


"Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini tam dəstəkləyir".

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü şərh edərkən bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik fəaliyyəti çərçivəsində proses mövcuddur. Biz öz tərəfimizdən hər iki tərəfi həmsədrlər tərəfindən təklif edilmiş prinsiplər əsasında sülh nizamlanması prosesində iştirakı davam etdirməyə çağırırıq", - deyə səfir bildirib. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!