2020-ci ildə Azərbaycanı beynəlxalq oyunlarda təmsil edəcək FİFA hakimlərinin adları müəyyənləşib.
"Yeni Sabah"ın məlumatına görə, siyahıda 14 ədalət təmsilçisi yer alıb.
FİFA referiləri Əliyar Ağayev, Rəhim Həsənov, Rauf Cabarov, həmçinin köməkçilər Akif Əmirəli, Zeynal Zeynalov, Namik Hüseynov, Mübariz Haşımov, Elşad Abdullayev və Pərvin Talıbov siyahıya daxil edilib. Toyuqlu pizza
Futzalda Hikmət Qafarlı, çimərlik futbolunda İnqilab Məmmədov və Nail Nağıyev beynəlxalq arenadakı təmsilçilərimiz olacaq. Qadın futbolunda Yuliya Qurbanova referi, Gülnurə Əkbərzadə köməkçi kimi yer alıb.
Telegram kanalımız