Azərbaycanın göndərdiyi 40 ton unla bağlı yeni açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın göndərdiyi 40 ton unla bağlı yeni açıqlama

Maraqlı

30 Avqust 2023 15:06 12881


Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib. Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib. 

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Qarabağdakı daşnakların başçısı Davit İşxanyan bildirib.

Onun sözlərinə görə, Bakıdan göndərilən humanitar yükün Xankəndiyə buraxılması məsələsi dünən Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib. pizza mizza

David İşxanyan Rusiya sülhməramlı kontingentinin təzə komandanı Kirill Kulakovun Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!