Azərbaycanın həndbol yığması növbəti qələbəsini qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın həndbol yığması növbəti qələbəsini qazandı

İdman

09 Avqust 2022 19:47 1075


Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşının məlumatına görə, yığma B qrupundakı ikinci matçında Əfqanıstan seçməsi ilə qarşılaşıb. Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 43:9 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!