“Azərbaycanın hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qalmır”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycanın hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qalmır”

Siyasət

01 İyul 2022 23:50 1874


"Ermənistan rəsmilərinin və Qarabağdakı separatçı-terrorçu rejimin son açıqlamaları, baş verənlər və proseslərin mümkün inkişafı Azərbaycana hərbi müstəvidə addım atmaqdan başqa çıxış yolu qoymur".

Yenisabah.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

Şərhçi ermənilərin Qarabağda erməni ordusunun qalıqlarını muzdlularla əvəzləmək istədiklərini xatırladıb: pizza sifarişi

"Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsindən sonra Azərbaycan nəzarətinə keçəcək ərazilərdəki erməniləri Ermənistana yox, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizə köçürməyi planlaşdırırlar: separatçıların qondarma “ombusdmanı” bu ermənilərin Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə (bu kəndlər yeni marşrutun üzərində yerləşir) köçürmək niyyətlərini açıqlayıb; Ermənistanın bunu etməyə çalışdığını yazmışdıq, Bakı Livandan, Suriyadan gətirilən bu ermənilərin Azərbaycan torpaqlarında qalmasına imkan verməməlidir".

"İrəvan hesab edir ki, Laçın dəhlizinə alternativ marşrutun istifadəyə verilməsinə hələ 1 il yarım müddət qalıb: razılaşmadakı “3 il müddətinə” istinad edirlər, halbuki, Azərbaycan yolun iki ilə istifadəyə veriləcəyini bəyan edib; bu, Ermənistanın Laçın şəhəri və hazırki dəhlizin keçdiyi ərazilərin təhvil verilməsi prosesini uzatmaq istəyindən xəbər verir.

Zabux kəndində qalan ermənilər də çıxmaq istəmir: baş separatçı Araik Arutyunyan “Laçın şəhərini təhvil verəcəyik, lakin Zabux məsələsini həll etmək üçün Rusiya sülhməramlıları ilə danışıqlar aparırıq” deyir.

Bunlar nə sözdən, nə danışıqlardan, nə də razılaşmalardan anlamayacaq", - deyə Asif Nərimanlı fikirini tamamlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!